Üç ayda yığımları 270 min manat kiçilən sığorta şirkəti - Hesabat - Özəl xəbər

10:18 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. (özəl xəbər) 2025-ci ilin yanvar-sentyabr aylarındakı sığorta şirkətlərinin mənfəətlərinə baxdıqda sektorun kiçildiyinin şahidi olmaq olar. Belə ki, sözügedən dövrlə ötən ilin eyni vaxtını müqayisə etdikdə aydın olur ki, 2025-ci ildən şirkətlərin gəlirləri xeyli azalıb. Gəlirləri ən çox azalan şirlkətlərdən biri də "Qala Sığorta"dır.

ABC.AZ-ın sektorun gəlirləri ilə bağlı statistikasındakı rəqəmlərə istinadən hesablamalarına görə, şirkətin yığımıarı ötən ilin 3 ayı ilə müqayisədə bu ilin yanvar-mart aylarında kəskin azalıb.

Belə ki, şirkətin yığımları yanvar-mart aylarında 2788100 manat olmuşdusa, 2025-ci ilin ilk 3 ayında yığımlar 2518100 manat təşkil edib.

Bu isə yığımların 270000 manat azaldığını göstərir.

Müəllif: Elmir Muradov