10:46 - 15.12.2025
15 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, Azərbaycanda 2025-ci ilin noyabr ayı üzrə müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanıb. İndeksə əsasən, müşərilərin sözügedən dövrdə ən çox şikayət etdiyi ikinci bank "Yelobank" olub. Belə ki, bəhs olunan dövrdə adıçəkilən bankla bağlı şikayət indeksi 2.88 təşkil edib. Şikayətlərin artdığı bankın gəlirləri də kiçilib.
Bu fakt ABC.AZ-ın bankın ötən ilin 9 ayı və 2025-ci ilin yanvar-sentyabr ayları üzrə statistikasındakı rəqəmlərə əsasən apardığı hesablamalarda öz əksini tapıb.
Hesablamalara görə, "Yelobank"ın 2024 ilin yanvar-sentyabr aylarındakı xalis gəlirləri təxminən 35 milyon manat səviyyəsində olub. Bankın 2025-ci ilin eyni dövründəki gəlirləri isə kəskin azalıb.
Belə ki, bu ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 25 milyon manat civarında təşkil edib. Göründüyü kimi, bankın gəlirləri ötən illə müqayisədə 10 milyon manat azalıb.
Bu isə bankın müştərilərinin ya azalması, ya qoyulan depozitlərin geriyə çəkilməsi, ya da kredit tranşının məhdudlaşdırılması anlamına gəlir.
Ümumilikdə isə bu bankın kiçilməsi deməkdir.
Müəllif: Elmir Muradov
22 Yanvar 2026
22 Yanvar 2026
22 Yanvar 2026
20 Yanvar 2026