Azərbaycan nefti ucuzlaşsa da, təbii qaz bahalaşıb

11:57 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu tədiyyə balansının açıqlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov  deyib.

O bildirib ki, 2025-ci ilin 9 ayı üzrə tədiyyə balansı 181,6 milyon dollar həcmində profisitli olub:

"Hesabat dövründə xam neftin orta qiyməti 70 ABŞ dolları/barel olub. Müqayisə üçün, 2024-cü ilin 9 ayında bu göstərici 86 ABŞ dolları/barel səviyyəsində formalaşmışdı. Təbii qazın qiyməti isə 12% artaraq min kubmetr üzrə 294 dollara qalxıb", - deyə əlavə edilib.

Müəllif: Elmir Muradov