“Express Lounge”da ciddi pozuntular aşkarlandı, fəaliyyəti məhdudlaşdırıldı

16:10 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərinin Yasamal rayonunda yerləşən “Express Lounge” ictimai iaşə obyektində yoxlama aparıb.

ABC.AZ xəbər verir ki, yoxlama zamanı obyektin qeydiyyatsız fəaliyyət göstərdiyi, sanitariya normalarının pozulduğu və yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi müəyyən olunub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək fəaliyyət məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Qida məhsullarından nümunələr laborator müayinəyə göndərilib.