İranda dərmanların qiymətinin artmasından narahatdırlar

16:39 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Dərmanların qiyməti qalxmaqdadır, lakin baza sığorta sistemi xəstələrin qorunması üçün heç bir tədbir görmür.

ABC.AZ xəbər verir ki, Mehr informasiya agentliyinin araşdırmasına görə, bəzi dərman preparatlarının istehsal səviyyəsində qiymət artımı sığorta şirkətlərinin ödəmə artımından xeyli yüksəkdir. Nəticədə dərmanlar alıcılar üçün bahalaşır və əhalinin şəxsi xərcləri artır.

Əczaçılıq sənayesi istehsal xərclərinin ödənilməsi ilə bağlı problemlərlə üzləşir: istehsalçılar qiymətləri qaldırır, sığorta ödənişləri isə artırılmır. Aparılmış tədqiqatlar göstərir ki, hazırda ambulator reseptlə alınan dərman xərclərinin təxminən 70%-i əhalinin üzərinə düşür.