11:16 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. Yaxın vaxtlarda yeni taxıl partiyaları Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Nazir yüklərin artıq yolda olduğunu desə də, onların hansı ölkələrdən göndərilməsi və İrəvana nə vaxt çatacağı ilə bağlı dəqiq məlumat verməyib.
“Yük çatdırıldıqda, tonlar üzrə məlumatlar təqdim edəcəyəm”, – o qeyd edib.
Azərbaycandan neft məhsullarının idxalı imkanına gəlincə, nazir bu barədə məlumatın yalnız yüklər faktiki olaraq ölkəyə çatdırıldıqdan sonra açıqlanacağını deyib. ©Qafqazinfo
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026
12 Yanvar 2026