Europol: Süni intellekt 2035-ci ilə qədər “əmək müqabilində pul” modelini sındıra bilər

14:44 - 16.12.2025


16 dekabr, Fineko/abc.az. Europolun tədqiqatı proqnozlaşdırır ki, texnoloji tərəqqi sosial adaptasiyadan qabağa keçərək daxili qarşıdurmalara səbəb olacaq.

ABC.AZ xəbər verir ki, tədqiqatın əsas nəticələri belədir:

•      “Maşınlaırn üsyanı”, süni intellekt tərəfindən deyil, avtomatlaşdırmaya qarşı çıxan insanlar tərəfindən başlayacaq

•      XIX əsrin luddizm hərəkətinə bənzər “avtomatlaşdırmanın sabotajı” adlanan yeni növ cinayətkarlıq yaranacaq

•      Polis “iki od arasında” çətin vəziyyətə düşəcək.

•      Sosial parçalanma “robot hüquqları” və maşın xətaları ətrafındakı mübahisələr səbəbindən güclənəcək.

•      Kütləvi işsizlik ənənəvi “əmək müqabilində pul” modelini poza bilər, bu da universal baza gəlirin tətbiqini tələb edəcək.

Analitiklərin fikrincə, onilliyin əsas qarşıdurması, texnologiyaya sahib olanlarla bu texnologiyalarla əvəz olunan insanlar arasında daxili qarşıdurma olacaq. Kritik dönüş nöqtəsi 2035-ci ilə gözlənilir.