16:59 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayında ABŞ-dan Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının həcmi 74.13 mln. dollar təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə bu göstərici 47.98 mln. dollar idi. Beləliklə, ABŞ-dan daxilolmalar 26.15 mln. dollar və ya 54.5% artıb.
Eyni zamanda, 2025-ci ilin 9 ayında Azərbaycandan ABŞ-a köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi 55.71 mln. dollar olub. 2024-cü ilin 9 ayında bu məbləğ 44.99 mln. dollar təşkil edirdi. Nəticədə ABŞ istiqamətinə pul köçürmələri 10.72 mln. dollar və ya 23.8% artıb.
Ümumilikdə, 2025-ci ilin 9 ayında ABŞ ilə fiziki şəxslər üzrə pul baratlarının xalis balansı müsbət olaraq 18.42 mln. dollar olub. 2024-cü ilin eyni dövründə bu balans 2.99 mln. dollar səviyyəsində idi.
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026
19 Yanvar 2026