Azərbaycan nefti ucuzlaşıb

09:44 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,28 ABŞ dolları və ya 2,01% azalaraq 62,45 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında - 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.