11:06 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. - (Özəl xəbər) - "Yelobank"da bir çox göstəricilər üzrə azalmalar müşahidə olunur. Belə ki, bankın qeyri-faiz gəlirləri (komissiya, FX və s.) 12 milyon 355 min manat azalıb.
ABC.AZ-ın internetdə apardığı araşdırmalara görə, adıçəkilən bankın 2024-cü ilin yanvar-sentyabr aylarında qeyri-faiz gəlirləri 24.319 milyon manat, bu ilin eyni dövründə isə 11 milyon 964 min manat təşkil edib. Bu isə yuxarıda qeyd edildiyi kimi böyük azalma, faiz göstəricisi ilə isə 50.8% kiçilmə deməkdir.
Bəhs olunan dövrlərdə "Yelobank"dakı azalma tək qeyri-faiz gəlirlərində qeydə alınmayıb, cəmi əməliyyat gəlirlərində də kiçilmələr olub. Belə ki, ötən ilin 9 ayında bankın cəmi əməliyyat gəlirləri 95 milyon 79 min manat olmuşdusa, bu ilin eyni dövründə 2,6 faiz azalma ilə 92.572 milyon manat təşkil edib. Sözügedən dövrdə bankın xalis əməliyyat mənfəətində də azalmalar olub. Bankın ötən ilin 9 ayında xalis mənfəəti 30.527 milyon olduğu halda 2025-ci ilin eyni dövründə 27.815 milyon manat təşkil edib. Yəni 8.9% azalma qeydə alınıb.
Bəhs olunan dövrlərdə məqsədli ehtiyatlar (provisions) 4.536 milyon və 610 min manat olub ki, bu da ümumilikdə azalma deməkdir. Mənfəət vergisinə gəldikdə isə 2024-cü ilin 9 ayında 35.063 milyon manat, bu ilin eyni dövründə isə 28.425 milyon manat olub, yəni 19.0% azalma baş verib.
Dövr üzrə xalis mənfəət ötən ilin 9 ayında 35.063 milyon manat olubsa, bu ilin eyni dövründə 29,2 faiz azalma ilə 24.825 milyon manat təşkil edib.
Müəllif: Elmir Muradov
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026