AMB rəsmiləri və "Al-Hidayah Group" şirkətlər qrupu arasında İslam bankçılığı müzakirə edilib

11:13 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Azərbaycan və Malayziyanın "Al-Hidayah Group" şirkətlər qrupu arasında İslam bankçılığının inkişafı müzakirə olunub.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qurumun baş direktoru Tərlan Rəsulov şirkətlər qrupunun sədri Dato' Ku Cafar Ku Şaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub, AMB-nin təsdiq etdiyi "2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası" çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.