Ai Gürcüstana maliyyə yardımını dondurdu

11:19 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. Avropa İttifaqı demokratik prinsiplərə və hüququn aliliyinə əməl olunması ilə bağlı iradlara görə hələ 2024-cü ildə dayandırılmış Gürcüstana 120 milyon avro məbləğində maliyyə yardımının dondurulmasını davam etdirir.

ABC.AZ xəbər verir ki, Avropa Komissiyasında və Avropa Parlamentində hesab edirlər ki, Gürcüstan hakimiyyəti tərəfindən açıq siyasi dəyişikliklər baş vermədiyi təqdirdə, 2026-cı ildə də dəstəyin bərpası ehtimalı azdır və namizəd statusuna baxmayaraq, ölkənin Aİ-yə üzvlüyə hazır olması ilə bağlı şübhələr mövcuddur. Eyni zamanda Moskva Tbilisinin anti-Rusiya siyasətindən imtina edəcəyi halda münasibətlərin normallaşdırılmasına hazır olduğunu bəyan edir.