12:08 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Mərmərə dənizi qəfil olaraq sahildən təxminən 20 metr geri çəkilib.
ABC.AZ xəbər verir ki, hadisə Türkiyənin Avropa hissəsində, ölkənin qərbində yerləşən Marmara Ereglisi rayonunda qeydə alınıb. Yaxınlıqda Tekirdağ şəhəri və hava limanı yerləşir.
Telekanal bildirir ki, suyun geri çəkildiyi ərazilərdə qumlu adacıqlar əmələ gəlib, dayaz sahələrdə isə bir neçə qayığın dayazlığa düşdüyü müşahidə olunub. Hadisənin səbəbləri barədə məlumat verilmir. Yerli sakinlər arasında vəziyyət narahatlıq doğurub.
15 Yanvar 2026
15 Yanvar 2026
15 Yanvar 2026
13 Yanvar 2026