16:53 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın administrasiyası dünya neft qiymətlərini barel başına 50 dollara qədər endirmək məqsədilə Venesuelanın neft sektoruna illərlə davam edəcək nəzarətin qurulması üzrə strategiya hazırlayır.
ABC.AZ xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən yazır.
Plana Venesuelanın dövlət neft şirkəti PDVSA üzərində qismən nəzarətin əldə edilməsi, o cümlədən onun əsas hasilat hissəsinin alqı-satqısı daxildir. Plan reallaşacağı təqdirdə, ABŞ faktiki olaraq Qərb yarımkürəsindəki neft ehtiyatlarının böyük hissəsinə təsir imkanları əldə edə bilər.
Daha əvvəl Tramp bildirmişdi ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a 30–50 milyon barel neft verəcək və bu həcm bazar qiymətləri ilə satılacaq. Bu proses ölkə rəhbərliyinə qarşı ABŞ-ın güc tətbiqi və Rusiya, Çin və KXDR tərəfindən səsləndirilən sərt tənqidlər fonunda ciddi beynəlxalq reaksiya ilə müşayiət olunur.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026