14:53 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. Amerika şirkəti “Mattel” ilk dəfə autizm spektri pozuntusu olan Barbi oyuncağını təqdim edib. Dəstə səs-küyü azaldan qulaqlıqlar, spiner və alternativ kommunikasiya üçün proqramlarla planşet daxildir.
ABC.AZ xəbər verir ki, oyuncağın dirsəkləri və biləkləri hərəkətlidir, baxışı isə bir qədər kənara yönəlib, bu autizmli insanların davranış xüsusiyyətlərini əks etdirir. Yeni oyuncağın hazırlanması qeyri-kommersiya təşkilatı Autistic Self Advocacy Network (ASAN) ilə birgə həyata keçirilib.
Bundan əvvəl “Mattel” kor Barbi, Daun sindromlu Barbi və 1-ci tip diabetli Barbi kimi məhdud imkanlı oyuncaqları da istehsal etmişdi.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026