Ay və Yer vaxtının dəqiq sinxronlaşdırılması üçün model hazırlanıb

18:55 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Çinli tədqiqatçılar Yer və Ay arasında vaxtın yüksək dəqiqliklə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş bir model hazırlayıblar.

ABC.AZ xəbər verir ki, bu layihə iki səma cisminin fərqli qravitasiya şəraitindən irəli gələn saatların gedişindəki uyğunsuzluq problemini həll etməyi hədəfləyir.

Ayın səthində vaxt Yerə nisbətən daha sürətlə gedir, çünki onun qravitasiyası xeyli zəifdir. Fərq sutkada təxminən 56 milyonluq saniyə təşkil edir. Bu fərq cüzi görünsə də, zamanla toplanaraq Ay missiyalarının və naviqasiya əməliyyatlarının həyata keçirilməsində Yer vaxtından istifadənin etibarlılığını azaldır.

Bu problemi aradan qaldırmaq üçün Nankində yerləşən Tszytszinşan astronomiya rəsədxanasının alimlər qrupu Ayın təkcə qravitasiya sahəsini deyil, həm də onun kosmosdakı hərəkətini nəzərə alan bir model yaradıb. Bu yanaşma Ayda baş verən hadisələri Yer üzərində tətbiq olunan zaman şkalaları ilə dəqiq uyğunlaşdırmağa imkan verir.
Tədqiqatın müəllifləri bildirirlər ki, nəticələri daha əvvəl Astronomy and Astrophysics elmi jurnalında dərc olunmuş bu sistem çox uzun müddət ərzində yüksək dəqiqliyini qoruyub saxlayır. Hətta 1000 ildən artıq zaman intervalı üçün aparılan hesablamalarda belə modelin xətası bir neçə onlarla nanosaniyəni keçmir.