12:05 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. 2024-cü ildə Almaniyada hazır yeməklərin istehsalı 2019-cu illə müqayisədə 25,6% artaraq 1,7 mln ton təşkil edib və ümumi dəyəri 5,9 mlrd avroya çatıb. Pul ifadəsində artım 45,4% olub.
ABC.AZ xəbər verir ki, 2025-ci ildə də bu tendensiya davam edib: ilin ilk üç rübündə istehsal 2,8% artaraq 4,5 mlrd avroya yüksəlib.
Ən böyük artım makaron əsaslı hazır yeməklərin istehsalında (+56,4%), həmçinin ət (+43,2%) və tərəvəz (+7,2%) yeməklərində qeydə alınıb. Dondurulmuş pitsanın istehsalı 8,4% artıb, balıqdan bişirilən hazır yeməklərin istehsalı isə 7,2% azalıb.
Orta hesabla Almaniya sakinləri yemək bişirməyə gündə 41 dəqiqə vaxt sərf edirlər ki, bu göstərici son 10 ildə demək olar dəyişməyib. Qadınlar buna kişilərlə müqayisədə təxminən iki dəfə çox vaxt ayırırlar — müvafiq olaraq 53 və 29 dəqiqə.
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026