15:39 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 72 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 146,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 76 % çox) 2,46 milyon ədəd (+68 %), Çindən 22,82 min ABŞ dolları dəyərində 214 min ədəd (1 il əvvəl tədarük olmayıb), Kolumbiyadan 10,14 min ABŞ dolları dəyərində (-13 %) 22,12 min ədəd (-4 %), Ekvadordan 4,12 min ABŞ dolları dəyərində (-73 %) 15,15 min ədəd (-78 %), Niderlanddan 2,44 min ABŞ dolları dəyərində (+37 %) 2,44 min ədəd (-24 %) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (0,62 min ABŞ dolları dəyərində 0,82 min ədəd) həyata keçirilib.
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026