16:29 - 15.01.2026
Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib
2025-ci ilin yekunlarına əsasən Bank Respublika əsas maliyyə göstəriciləri üzrə rekord nəticələr əldə edərək özünün dayanıqlı inkişaf modelini və yüksək etibarlılıq səviyyəsini bir daha təsdiqləyib.
Hesabat dövründə Bank ötən illə müqayisədə əsas maliyyə istiqamətləri üzrə artım təmin edərək Azərbaycanın bank xidmətləri bazarındakı mövqelərini daha da möhkəmləndirib:
2025-ci il üzrə əsas maliyyə göstəriciləri:
Maliyyə dayanıqlılığı göstəriciləri:
2025-ci ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB)) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
“2025-ci il Bank Respublika üçün ardıcıl inkişaf, strateji qərarlar və institusional möhkəmlənmə ili oldu. İl ərzində atılan addımlar bankın dayanıqlı inkişaf modelinə sadiqliyini, müasir maliyyə həllərinə və müştəriyönümlü yanaşmaya verdiyi önəmi bir daha təsdiqlədi. Əldə olunan nəticələr ölkənin davamlı və hərtərəfli inkişafı üçün dövlət tərəfindən formalaşdırılmış əlverişli şərait, eləcə də bankın peşəkar komandası və müştərilərimizin və tərəfdaşlarımızın etimadı sayəsində mümkün olub. Gələcəkdə Bank Respublika innovativ həllərin tətbiqi və müştərilərə yüksək keyfiyyətli xidmətin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirərək maliyyə sektorunda lider mövqelərini daha da möhkəmləndirəcək”, — deyə Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov, qeyd edib.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026