Azərbaycanda bu bankın mənfəəti 43% azalıb

10:14 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. “Bank Melli İran” Bakı filialı 2025-ci ili 4 milyon 411 min manat xalis mənfəət ilə başa vurub. Filial 2024-cü ili 7 milyon 716 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 43% azalma deməkdir.

ABC.AZ bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 5 milyon 70 min manat ikən, 2025-ci ildə 5 milyon 667 min manata qalxıb.

Cari ilin yanvar ayının 1-nə İran bankının aktivləri 120 milyon 291 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 1% çoxdur. Bunun 2 milyon 309 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 54.3% artıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 66 milyon 938 min manat, cəmi kapitalı 53 milyon 353 min manat, yığılmış zərəri isə 20 milyon 259 min manat təşkil edib.