Rusiya və Çin e-ticarət və yeni marşrutlar hesabına ticarəti gücləndiriblər

11:30 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. Rusiya və Çin transsərhəd elektron ticarətin həcmini artırıblar ki, bu da ikitərəfli əməkdaşlığa müsbət təsir göstərib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Şenyandakı baş konsulu Natalya Prıjkovanın məlumatında deyilir.

Onun sözlərinə görə, Lyaonin və Cilin vilayətləri davamlılıq nümayiş etdirib: Rusiya ilə ticarət dövriyyəsi 2024-cü illə müqayisədə cəmi 3,6% azalıb. Ticarətin dəstəklənməsində e-ticarətin inkişafı, Şenyanda Rusiya Milli Pavilyonunun açılması, “Huncun–Moskva” konteyner poçt qatarının istifadəyə verilməsi, eləcə də yeni dəniz və quru logistik marşrutların yaradılması mühüm rol oynayıb.