Putin: Rusiya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər çox sahədə möhkəmlənir

14:31 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. “Rusiya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər inkişaf etməyə davam edir və bir çox sahələri əhatə edir. OPEC+ razılaşması çərçivəsində sıx əməkdaşlıq qlobal enerji bazarlarında sabitliyin təmin olunmasına kömək edir”.

ABC.AZ xəbər verir ki, bu sözləri Rusiya lideri bildirib.

Ötən ilin dekabr ayının əvvəlində Putin rəsmi səfərlə Ər-Riyadda olub və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparıb. Tərəflər yalnız neft-qaz sahəsində deyil, həmçinin dinc məqsədlər üçün atom enerjisi və bərpa olunan enerji mənbələri kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Qeyd olunur ki, ötən il Səudiyyə Ərəbistanı neft hasilatının həcminə görə Rusiyanı geridə qoyaraq dünyada ikinci yerə yüksəlmişdi. OPEC-in qiymətləndirməsinə görə, 2025-ci ildə Rusiyada neft hasilatı sutkada 9,13 milyon barel, Səudiyyə Ərəbistanında isə 9,472 milyon barel təşkil edib.