14:33 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Xiaomi 6 mm qalınlığında və 98 q ağırlığında kompakt maqnitli xarici batareya təqdim edib.
ABC.AZ xəbər verir ki, cihaz Xiaomi smartfonları üçün simsiz 15 Vt, iPhone üçün isə 7,5 Vt gücündə şarj dəstəkləyir, USB-C vasitəsilə isə simli şarj 22,5 Vt-a qədər mümkündür, o cümlədən iki cihazı eyni zamanda şarj etmək imkanı da var.
5000 mAh tutumlu batareya qrafit soyutma, on səviyyəli qoruma və iki temperatur sensoru ilə təchiz olunub, enerji səviyyəsi isə dörd LED vasitəsilə göstərilir. Qapağı alüminium ərintisindən hazırlanıb.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026