10:19 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. 18 fevral 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan daşınmaz əmlakların siyahısı açıqlanıb.
ABC.AZ xəbər verir ki, hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Hərraca çıxarılan əmlaklar əsasən Bakı şəhərinin mərkəzi ərazilərində, xüsusilə Nəsimi rayonunda – 28 May küçəsi və ətraf ünvanlarda yerləşir. Siyahıya mənzillər, qeyri-yaşayış sahələri, qarajlar, fərdi yaşayış evləri və bağ evləri daxildir.
Ən aşağı ilkin satış qiyməti 44 500 manat, ən yüksək ilkin satış qiyməti isə 4 milyon 644 min 500 manat təşkil edir. Hərracda iştirak üçün tələb olunan beh məbləği ilkin satış qiymətinin 5 faizi həcmində müəyyən edilib.
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026