14:31 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Alibaba şirkəti Çin atom sənayesinin aparıcı konqlomeratlarından biri ilə elektrik enerjisi istehsalı üzrə birgə müəssisə yaradıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Alibaba Çin Milli Atom Enerjisi Şirkəti (China National Nuclear Power Co.) ilə əməkdaşlığa başlayıb ki, bu da süni intellektdən istifadə edən məlumat mərkəzlərinin fəaliyyəti üçün tələb olunan böyük həcmdə elektrik enerjisinin təmin edilməsinə kömək edə bilər.
İnvestisiyaların həcmi 250 milyon yuan təşkil edib. Qeyd olunur ki, layihəyə bir sıra digər tərəfdaşlar da sərmayə qoyub.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026