15:47 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında büdcə gəlirləri 290,65 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 11,3 % çoxdur.
Ötənilki büdcə daxilolmalarının 260,4 milyon manatı vergi orqanlarının, 18,3 milyon manatı gömrük orqanlarının, 2,5 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 9,45 milyon manatı isə digər mənbələrin payına düşüb.
Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki ilə nisbətən 5,3 % çox - 39 milyard 131,2 milyon manat təşkil edib.
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026