15:53 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 812,6 manat olub.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 5,2 % çoxdur.
Xatırladaq ki, ötən ilin 11 ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 9,3 % artaraq 1 089,2 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. ©Report
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026