Yaponiya dünyanın ən böyük nüvə reaktorunu işə salır

16:32 - 21.01.2026


21 yanvar, Fineko/abc.az. Bu gün Tokyo Electric Power (TEPCO) dünyanın ən böyük AES-i olan “Kasiwadzaki-Kariwa”da 6-cı reaktoru işə salır; altıncı reaktorun gücü 1,36 GW, AES-in ümumi gücü isə 8,2 GW təşkil edir.

ABC.AZ-ın verdiyi məlumata görə, işə salma əvvəlcə 20 yanvara planlaşdırılmışdı, lakin fövqəladə hallar xəbərdarlıq sistemi nasazlığı səbəbindən bir gün ertələndi. Şəbəkəyə qoşulma gələn ayın sonuna gözlənilir, bütün enerji isə Tokionun ehtiyacları üçün istifadə olunacaq.

Stansiyanın 7-ci reaktoru 2030-cu ilə qədər işə salınması planlaşdırılır. Birinci — beşinci reaktorlar isə tez bir zamanda işə salınmayacaq.

2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəza sonrası Yaponiya 54 reaktoru dayandırmışdı. 2015-ci ildən etibarən artıq 15 reaktor yenidən işə salınıb, 18-i işlək vəziyyətdədir və istifadəyə verilə bilər. Ölkənin baş naziri hesab edir ki, nüvə energetikasının inkişafı Yaponiya üçün enerji daşıyıcılarının idxalından asılılığı azaldacaq.