17:21 - 21.01.2026
21 yanvar, Fineko/abc.az. Ukraynanın ən iri mobil operatoru olan “Kiyevstar”ın infrastrukturu ölkənin doqquz regionunda 40–60% səviyyəsində enerjisiz qalıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksandr Komarov məlumat verib. Onun sözlərinə görə, minə yaxın baza stansiyası faktiki olaraq fəaliyyət göstərmir, bir sıra vilayətlərdə isə elektrik enerjisinin tam kəsilməsi qeydə alınıb.
Ölkədə energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub: hər yerdə saatlarla davam edən elektrik kəsintiləri baş verir ki, bu da biznesin fəaliyyətinin dayanmasına və məktəblərin distant təhsilə keçməsinə səbəb olur. Ən çətin vəziyyət Kiyevdə, eləcə də ölkənin mərkəzi, şimal və şərq bölgələrində müşahidə olunur.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026