10:21 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bildiyiniz kimi, 2025-ci ilin sonunda Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bir çoxları bunun həm vətəndaşların həyatında, həm də sahibkarların fəaliyyətində müyyən təsirlərinin olacağını düşünür.
Məsələni ABC.AZ-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, edilən dəyişikliklərin 2026-cı il və sonrakı illərdə pozitiv və neqativ istiqamətli təsirləri qaçılmaz olacaq.
Onun sözlərinə görə, pozitiv istiqamətli təsirləri güzəştli vergi rejimlərinin yaradılmasında görə biləcəyik. Ekspert dəyişikliyin müsbət təsirlərini sadalayarkən bunları da deməyi unutmadı:
"Məsələn, deyək ki, işğaldan azad edilmiş ərazilərə münasibətdə tətbiq edilən vergi fiskal güzəştləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasına şamil edilməsi də Naxçıvan MR-ə investisiya hallarını təşviq edə bilər. Bölgəni faktiki olaraq 10 il müddətinə vergisiz, vergidən azad olunmuş bölgə kimi çiçəklənməsi, məşğulluğun genişlənməsi, ümumi daxili məhsulun (ÜDM) artması, ixrac qabiliyyətinin güclənməsi və xüsusi ilə də sənayeləşmə istiqamətində kifayət qədər böyük potensial formalaşdırır. Əlbəttə ki, nəticələr növbəti mərhələdə bu prosesin hansı formada idarə edilməsindən asılı olacaq".
Müəllif: Elmir Muradov
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026