14:31 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. Ötən il Gürcüstan Azərbaycandan 381,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. İdarənin statistikasına görə, bu, 2024-cü ilin göstəricisindən 12 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 2 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 840 milyon ABŞ dolları, Rumıniyadan 231 milyon ABŞ dolları, Bolqarıstandan 193 milyon ABŞ dolları, Türkiyədən 114 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
11 Fevral 2026
11 Fevral 2026
9 Fevral 2026