16:23 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 38%-dən 37%-ə endirib.
ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyicinin Pul Siyasəti Komitəsinin iclasının yekunlarına dair açıqlamasında bildirilir.
“Pul Siyasəti Komitəsi həftəlik repo hərracı üzrə uçot dərəcəsinin 37%-ə endirilməsi barədə qərar qəbul edib”, – məlumatda qeyd olunur.
Bank növbəti dəfə faiz dərəcəsi ilə bağlı qərarını 12 mart tarixində açıqlayacaq.
Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyununda iki ildən artıq fasilədən sonra uçot dərəcəsini 8,5%-dən 15%-ə yüksəltmiş, bundan sonra 2024-cü ilin martınadək onu mütəmadi olaraq artırmışdı. Tənzimləyici səkkiz ay ardıcıl olaraq faiz dərəcəsini 50% səviyyəsində saxlamışdı. 2024-cü ilin dekabrında isə Mərkəzi Bank əsas faiz dərəcəsinin mərhələli şəkildə azaldılmasına başlayıb.
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026