16:24 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. -( özəl xəbər)- Vergi Məvəlləsinə dəyişiklik sahibkarlar üçün İlin əvvəlindən Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı bir çox mülahizələr irəli sürülür. Bəziləri dəyişikliyin həm sahibkarlara, həm də vətəndaşlara müsbət təsirinin olcağını düşünür.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda sahibkarlıq subyektlərinə, investorlara veriləcək əsas mesajlardan biri məhz investisiyaların təhlükəsizliyi, mülkiyyətin toxunulmazlığı məsələsidir.
O ABC.AZ-a açıqlamasında bildirib ki, hər hansı kənar müdaxilənin olmaması, qərar qəbul etmədə müstəqillik, idarəedici orqanların müdaxiləsinin məhdudlaşdırılması müsbət təsir edən amildir.
Ekspert hesab edir ki, bu istiqamətdə aydın mesajlar verilərsə, investorlar bunu hiss edərsə, artıq növbəti mərhələdə müvafiq məsələlər müsbətə doğru nəticələrə gətirib çıxara bilər:
"Bu məsələnin iki aspekti var, amma bir müsbət aspektli məsələ kimi qiymətləndirilə bilər. Muzdlu əmək haqqına verginin dəyişdirilməsi. Yəni, bu qanunvericilikdə əvvəllər 14 faiz müəyyən edilirdi, amma 2026-cı ildən etibarən müvafiq göstərici 7 faiz ətrafında müəyyən edilib. Təbii ki, bu keçid, güzəşt dövrünün başa çatmasından sonra keçiddə mərhələli şəkildə 3 il müddətində 3 faiz, 5 faiz və 2027-ci ildə 7 faiz olmaqla tətbiq olunur. Bu dəyişikliyin özünü pozitiv kimi dəyərləndirmək olar, çünki əks halda muzdlu əmək haqqına tətbiq edilən fiskal da yüksək olmaqla bu istiqamətdə ciddi çətinlik yaradacaq, 2026-cı ildə əhalinin gəlirlərinə təsir göstərəcək".
Müəllif: Elmir Muradov
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026