16:35 - 23.01.2026
23 yanvar, Fineko/abc.az. “Visa” beynəlxalq kart təşkilatı ilə əldə olunmuş razılıq çərçivəsində Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, Assosiasiya və “Visa”nın birgə təşəbbüsü çərçivəsində ikiqat vergitutmanı aradan qaldırmaq mexanizmi bankların və ödəniş xidməti təchizatçılarının vergi öhdəliklərinə müsbət təsir edib.
Azadolma nəticəsində 2025-ci ilin IV rübündən bankların “Visa” ilə apardığı əməliyyatlar üzrə ödəmə mənbəyindən tutulan vergi yükü aradan qaldırılıb.
Eyni zamanda, “Visa” ilə həyata keçirilən qeyri-maliyyə xarakterli əməliyyatlar üzrə əlavə dəyər vergisi xərcləri azalıb.
“Bunun nəticəsində bank sektorunda növbəti dövrlər üzrə ümumilikdə bir neçə milyon manat vergi xərclərinə qənaət edilməsi təmin olunub”, – deyə açıqlamada qeyd olunub.
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
12 Fevral 2026
10 Fevral 2026