14:44 - 3.02.2026
3 fevral, Fineko/abc.az. ABŞ Hindistanın Rusiya nefti alışı səbəbindən məhsullarına tətbiq etdiyi əlavə rüsumları ləğv edəcək.
ABC.AZ xəbər verir ki, Ağ Evin əməkdaşı jurnalistlərə bildirib ki, Vaşinqton Hindistanı “Rusiya nefti alışı üçün cəzalandırmaq məqsədilə” tətbiq edilmiş 25% rüsumları ləğv edəcək. Bu rüsumlar 2025-ci ilin avqustundan qüvvədə idi.
Əvvəllər ABŞ prezidenti Donald Tramp bildirib ki, Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb. Bundan əlavə, ölkələr yeni ticarət sazişi üzrə razılığa gəliblər, bu sazişə əsasən Nyu-Delhi üçün rüsumlar 25%-dən 18%-ə endiriləcək.
5 Mart 2026
5 Mart 2026
3 Mart 2026