14:28 - 4.02.2026
4 fevral, Fineko/abc.az. Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi hazırlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, tərəflər işçi qrupunun yaradılması və 2026-cı ildə 500-dən çox məhsula münasibətdə üstünlüklü ticarət şərtlərinin tətbiqi barədə razılığa gəliblər.
Bu məsələlərlə bağlı danışıqlar Dubayda "Gulfood 2026" sərgisi çərçivəsində keçirilib.