21:18 - 6.02.2026
6 fevral, Fineko/abc.az. Dünyanın ən iri kofe tədarükçüsü olan Braziliyadakı yüksək məhsul gözləntilərinə görə, birjada kofe qiymətləri ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, Nyu-York birjasında arabika fyuçersləri əvvəlki ticarət nəticələrinə görə 0,2% ucuzlaşaraq funt başına 3,0785 ABŞ dollarına enib. Bu, son beş ayın minimum qiymətidir.
Braziliyadakı yeni kofe məhsulu, yığımı bir neçə ay sonra başlayacaq, rekord səviyyədə 75,8 milyon çuval ola bilər. Hər çuvalın çəkisi 60 kq-dır.
EISA-nın gözləntisinə görə, arabika növünün yığımı 48 milyon çuval, robusta növünün yığımı isə 27,8 milyon çuval təşkil edəcək.
5 Mart 2026
5 Mart 2026
3 Mart 2026