11:21 - 9.02.2026
9 fevral, Fineko/abc.az. Google-un ana şirkəti olan Alphabet 2026-cı ildə süni intellekt üçün hesablama güclərinə genişmiqyaslı investisiyalar səbəbindən kapital xərclərini iki dəfə artırmağı planlaşdırır.
ABC.AZ-ın məlumatına görə, şirkət dördüncü rübün yekunlarına dair keçirilən telefon konfransında bildirib ki, investisiyaların həcmi 175–185 milyard ABŞ dolları arasında olacaq.
Bu vəsaitin böyük hissəsi süni intellekt üçün hesablama resurslarının — serverlərin, məlumat mərkəzlərinin və şəbəkə avadanlıqlarının alınmasına və yerləşdirilməsinə yönəldiləcək.
2025-ci ildə Alphabet-in kapital xərcləri 91,5 milyard dollar təşkil edib.
Şirkət xərclərin artmasını süni intellektə yatırılan investisiyaların artıq gəlir gətirməyə başlaması ilə izah edir.
5 Mart 2026
5 Mart 2026
3 Mart 2026