Rusiya Səudiyyə Ərəbistanına halal məhsul ixracını artırmaq istəyir

11:30 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Rusiya Səudiyyə Ərəbistanı bazarına halal məhsul tədarükünün həcmini artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Alixanov “İnnoprom. Səudiyyə Ərəbistanı” sərgisi zamanı bildirib.

“Bizim, mal və qoyun ətinin istehsalı ilə məşğul olan, müvafiq sertifikatlara sahib bir sıra şirkətlərimiz var. Ona görə də biz bu ixracatı burada, Səudiyyə bazarında da təşviq etməyi hədəfləyirik”, — deyə o bildirib.

Rusiyalı nazir əlavə edib ki, Rusiya İxrac Mərkəzi yaz aylarında Səudiyyə Ərəbistanında Made in Russia forumunu keçirəcək və burada halal məhsullar Rusiya ixracının təşviqi mövzularından biri olacaq.