14:25 - 10.02.2026
10 fevral, Fineko/abc.az. "Alphabet" şirkəti yüksək tələbat səbəbindən dollarla olan istiqraz yerləşdirmə həcmini 15 milyard dollardan 20 milyard dollara çatdırıb: investorların sifarişləri 100 milyard dolları ötüb.
ABC.AZ xəbər verir ki, böyük maraq 2066-cı ilə qədər olan ən uzunmüddətli buraxılışlar da daxil olmaqla, qiymətli kağızların gəlirliliyini azaltmağa imkan verib.
Cəlb olunan vəsaitlər 2026-cı ildə rekord həddə — 185 milyard dollara çatacaq əsaslı vəsait qoyuluşlarına yönəldiləcək və əsasən süni intellekt layihələri üçün məlumat mərkəzlərinin (data-center) tikintisinə sərf olunacaq.
5 Mart 2026
5 Mart 2026
3 Mart 2026