Ötən il Omandan gələn turistlərin sayı 16 min nəfər təşkil edib

14:49 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Omandan gələn turistlərin sayı 16 min nəfər təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, illik müqayisədə təxminən 33 faiz azalma deməkdir.

Turistlərin xərcləri də kəskin azalaraq 29 mln. manat olub ki, bu da təxminən 35 faiz azalma ilə xarakterizə olunur.

Bəhreyndən gələn turistlərin sayı 2025-ci ildə 5 min nəfər olub və bu göstərici əvvəlki illə müqayisədə təxminən 10 faiz azalıb. Onların çəkdiyi xərclər isə 10 mln. manat təşkil edib ki, bu da təxminən 15 faiz azalma deməkdir.

Qətərdən gələn turistlərin sayı 3 min nəfər səviyyəsində olub və illik müqayisədə təxminən 16 faiz azalma qeydə alınıb. Turist xərcləri isə 6 mln. manat olub ki, bu da təxminən 18 faiz azalma deməkdir.