16:48 - 10.02.2026
10 fevral, Fineko/abc.az. Vyetnamın dövlət enerji şirkəti Vietnam Electricity (EVN) PowerChina və Lilama konsorsiumu ilə Quang Trach II LNG elektrik stansiyasının tikintisi üzrə 974 milyon dollar dəyərində müqavilə imzalayıb.
ABC.AZ xəbər verir ki, gücü 1 612 MVt olan stansiya ölkənin mərkəzində yerləşən Kuangçi əyalətində inşa ediləcək, General Electric Vernova turbinləri ilə təchiz olunacaq və 2030-cu ilə qədər istismara veriləcək.
Layihə enerji təhlükəsizliyinin və enerji sisteminin etibarlılığının artırılmasına, həmçinin emissiyaların azaldılmasına yönəlib. Hazırda Vyetnamda elektrik enerjisinin 40 faizindən çoxu kömür elektrik stansiyalarında istehsal olunur, ölkə isə 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir.
6 Mart 2026
6 Mart 2026