21:19 - 10.02.2026
10 fevral, Fineko/abc.az. Əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezidentin liderliyinin, eləcə də Prezident Əliyevin rəhbərliyinin bariz nümunəsidir.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
O bildirib ki, ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə bir-birimizlə vuruşmalıyıq: “Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın əlavə bazarlara çıxış imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasın, ticarət aparsın”.
6 Mart 2026
6 Mart 2026