Azərbaycan nefti ucuzlaşıb

10:13 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti  ucuzaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,1 % azalaraq 71,14 ABŞ dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.