11:32 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Azərbaycan süni intellektin tətbiqinə hazırlıq üzrə Cənubi Qafqazda liderdir, Cənubi və Mərkəzi Asiya regionunda isə ilk beşlikdə yer alır.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən forumda deyib.
Onun sözlərinə görə, "Oxford Insights" indeksinə əsasən, Azərbaycan 2025-ci il nəticələrində 42 pillə irəliləyərək 195 ölkə arasında 69-cu mövqeyə yüksəlib.
S.Məmmədov deyib ki, texnopark rezidentləri üçün tətbiq olunan vergi və sosial sığorta güzəştləri genişləndirilir: "Mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə güzəştlər rezident şirkətlərin maliyyə dayanıqlığını gücləndirir və daha sürətli inkişaf üçün şərait yaradır".
O, Türkiyə şirkətlərini Azərbaycanın texnopark imkanlarından yararlanmağa dəvət edərək bildirib ki, məqsəd iki ölkənin rəqəmsal ekosistemləri arasında real və nəticəyönümlü texnologiya körpüsü yaratmaqdır. ©Report
5 Mart 2026
5 Mart 2026
3 Mart 2026