TotalEnergies Zeeland NEZ üzərində tam nəzarət əldə edib

12:24 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Fransanın TotalEnergies şirkəti Niderlanddakı Zeeland neft emalı zavodunun (NEZ) “Lukoyl”a məxsus qalan 45%-lik payını alaraq müəssisə üzərində tam nəzarət əldə edib. Zavodun gücü sutkada 180 min barel təşkil edir.

ABC.AZ xəbər verir ki, sövdələşmənin məbləği və şərtləri açıqlanmayıb. NEZ formal olaraq ABŞ sanksiyalarına məruz qalmasa da, tədarük riskləri və “Lukoyl”un aktivlərinin mümkün satışı ilə bağlı xəbərlər Total-ı payı geri almağa sövq edib.

Şirkət IV rüb və 2025-ci ilin yekunları üzrə hesabatını çərşənbə günü təqdim edəcək. Bundan əvvəl o, "Lukoyl" və "Rosneft"ə qarşı sanksiyalar fonunda Avropada emal rentabelliyinin 230% artacağını proqnozlaşdırmışdı.