12:27 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 4,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çox sənaye məhsulu istehsal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,4 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.
Sənaye məhsulunun 56,4 %-i mədənçıxarma sektorunda, 35,2 %-i emal sektorunda, 7,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 % artıb.
6 Mart 2026
6 Mart 2026