14:47 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Bu gün bp “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətinin 10 faiz iştirak payının “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıldığını elan edib.
bp-dən ABC.AZ-a bildirilib ki, bununla bp-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm Günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.
Beləliklə, “Şəfəq” Günəş enerjisi layihəsində paylar indi belədir: bp 40,01 faiz, “SOCAR Green” 39,99 faiz, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10 faiz və MVM 10 faiz.
6 Mart 2026
6 Mart 2026