Azərbaycanda sürətli şəkildə datalar formalaşır - İTİ-nin baş direktoru

15:44 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Süni intellekt sahəsində Azərbaycanın daxili və xarici siyasəti formalaşır.

ABC.AZ xəbər verir ki, bunu İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda sürətli şəkildə datalar formalaşır:

"Cəmiyyətdə baş verənlər rəqəmsal mühitə inteqrasiya edilir. Süni intellekt sahəsində Azərbaycanın daxili və xarici siyasəti formalaşır. Artıq bu gün gedən proseslərlə ölkədə rəqəmsal formada sosial observatoriya yaradılır. Azərbaycanın suverenliyini vizual məkanda inkişaf etdirmək üçün daha çox çalışmalıyıq". ©Report