Yanvarda "AzStateNet" şəbəkəsi üzrə 14 milyon 795 min zərərli keçid bloklanıb

16:34 - 11.02.2026


11 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında "AzStateNet" şəbəkəsi üzrə 14 milyon 795 min zərərli keçid bloklanıb.

ABC.AZ xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumat yayıb. Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 68 % azdır.

Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 319 min 100, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 12 min 273 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 5 % və 37 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.